Paytaxtın Nəsimi rayonunun Rövşən Cəfərov küçəsində aparılan təmir işləri yekunlaşıb. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlər Agentliyinə istinadən xəbər verir.
Uzunluğu 550 m, ortalama eni isə 9,5 m olan küçədə köhnə asfalt qaşınaraq, yenisi ilə əvəzlənib, piyada səkisi bərpa olunub, yeni yolcizgiləri çəkilib və nişanlanmalar quraşdırılıb.
Həmçinin yeraltı kommunikasiya xətləri və kanalizasiya qapaqları yenilənib.
[caption id="attachment_74198" align="alignnone" width="640"]
Foto AAYDA-nın rəsmi saytı[/caption]