Paytaxtın Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi əsaslı təmir olunur. Bu haqda bu gün 28 iyul tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Uzunluğu 350 m, eni isə 14,5 m olan ərazidə köhnə asfalt örtüyü qaşınaraq, yenisi ilə əvəzlənib, 840 kv.m sahədə piyada səkisi bərpa olunub.
Hazırda 2-ci lay asfalt-beton örtüyünün vurulması işləri aparılır və ümumilikdə 6772 kv.m ərazidə asfaltlanma işlərinin aparılması nəzərdə tutulub. Həmçinin yeraltı kommunikasiya xətlərinin bərpası və yağış barmaqlıqlarının yenilənməsi işləri görülür.
Cari il ərzində adıçəkilən rayonda ümumi uzunluğu 3 km olan küçələr əsaslı təmir olunub.