Paytaxtın Nəsimi rayonu, Cavadxan 28, 32 ünvanlarında abadlıq işləri aparılır. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Nəsimi rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Adıçəkilən ünvanda yerləşən yaşayış binalarının fasadı, istinad divarları və dam örtüyü əsaslı təmir olunub. Həmçinin yağış sularını axıdan borular dəyişdirilib. Həyətdə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılıb, qanunsuz çəpərlər sökülüb, yeni işıqlandırma sistemi çəkilib.
Hazırda həyətdə bordür, tamet daşları və qazon örtüyü vurulur. Bundan əlavə, giriş blokları təmir edilərək qapı və pəncərələrin yeniləri ilə əvəz olunması, eləcə də söhbətgah, oturacaqlar və uşaq meydançasının quraşdırılması, yeni asfalt örtüyünün vurulması və park yerlərinin yaradılmasına başlanılıb.
[caption id="attachment_97582" align="alignnone" width="640"]
Foto Nəsimi rayon İcra Hakimiyyəti[/caption]
[caption id="attachment_97581" align="alignnone" width="640"]
Foto Nəsimi rayon İcra Hakimiyyəti[/caption]