Paytaxtın Nəsimi rayonu, Nizami küçəsi 121 ünvanında təmir-bərpa işləri tamamlanıb. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az Nəsimi rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
5 mərtəbəli 6 girişli binanın fasadı bərpa olunub, həyətdə 1000 kv.m asfalt örtüyü, 100 kv.m-dən artıq qazon, 200 kv.m-ə yaxın tamet daşı vurulub.
Ərazidə yerləşən söhbətgah əsaslı təmir edilib, uşaq meydançası yaradılıb, şəxsi avtomobillərin saxlanılması üçün parklanma yerləri yaradılıb.
Bundan əlavə, məhəlləyə 100-dən artıq dekorativ kol və çiçəklər əkilib, mövcud yaşıllıqlara və ağaclara qulluq olunub.