Paytaxtın Nəsimi rayonu, Moskva prospekti 90 və 92 ünvanlarında yenidənqurma işləri yekunlaşıb. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Binalarda yağış suları axıdan borular quraşdırılıb, giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib, yeni kanalizasiya xətti çəkilib, işıqlandırma sistemləri qurulub.
Layihə çərçivəsində həyətə 2000 kv.m asfalt örtüyü, 1500 kv.m-dən artıq qazon və 500 kv.m tamet daşı vurulub. Həmçinin kiçik tullantıların atılması üçün yeni zibil qutuları quraşdırılıb.
Bundan əlavə, məhəlləyə 50 ədəd müxtəlif növ ağac, 500-dən artıq gül-çiçək kolları əkilib.
Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq işləri davam edir.
[caption id="attachment_45261" align="alignnone" width="800"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]