Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti 91 ünvanında piyada səkisi zəbt olunub. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az xəbər verir.
Yola kənarında yerləşən binanın altındakı obyektlərin pilləkənləri səkinin böyük hissəssini bağlayıb. Pilləkənlərdən sonra isə ağaclar yerləşir.
Bu da piyadalar üçün hərəkətə az yer saxlayır, bəzi yerlərdə yol qırağındakı bordürlərə çıxmağa məcbur edir.