Bakının Nəsimi rayonunda Sevil Qazıyeva adına park bərpa olunur. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Nəsimi Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən məlumat verir.
Parkda istinad divarlarının aqlay üzlükləri təmir olunur, tamet daşları və oturacaqlar bərpa edilir, ağaclar budanır, fəvvarə işlək vəziyyətə gətirilir, ümumi təmizlik işləri və səliqə-səhman yaradılır.
Daha öncə, fevralın 16-da Səbail rayonunun Qurban Abbasov və Ziya Yusifzadə küçələrinin kəsişməsindəki Səbail parkı əsaslı yenidənqurma və abadlıq işlərindən sonra istifadəyə verilmişdir.
[URIS id=36993]