Paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində piyadalar üçün qeyri-adi səki mövcuddur. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az xəbər verir.
Sakinlər səkidə hərəkət edən zaman bir hissədən sonra avtomobil yoluna çıxmağa məcbur olurlar.
Bundan əlavə, avtobus dayanacağı avtomobillərin parklanma yerinə çevrilib. Sərnişinlər avtobusa daxil olmaq üçün avtomobil yoluna çıxmalı olurlar.
Bu cür hal sakinlər üçün təhlükə yaradır.
[caption id="attachment_37133" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]