Nəsimi rayonunda qəzalı ev aylardır sökülə bilmir. Bu haqda 15 aprel tarixində Spacetv xəbər verib.
5-ci mikrorayonda istismar müddəti başa çatmış binanın yerində yeni hündürmərtəbəli binanın tikiləcəyi planlaşdırılır. 30 ailədən 28-i köçürülsə də, 2 ailə mənzillərindən çıxmağa imtina edir. Onların istəyi isə kirayə mənzil deyil, başqa yerdən hazır təmirli evdir.
Binanın inşasına bütün aidiyyəti qurumlar müsbət rəy versə də, 2 ailəyə görə bina aylardır sökülə bilmir. Tikinti əməkdaşının sözlərinə görə, sakinlərə yeni tikiləcək binadan sahəsi köhnə mənzillərinin ümumi sahəsindən 30% artıq olan yeni mənzillər veriləcək.
“Biz şirkət olaraq evləri söküb, sakinlərin kirayə pulunu qarşılayırıq. İki il ərzində yeni bina inşa etməyi planlaşdırırıq, daha sonra sakinlərə buradan mənzil verəcəyik. Biz ev alıb kiməsə verə bilmərik”, - tikinti şirkətin nümayəndəsi Bəhruz Rzayev deyib.