Nəsimi rayonu Nizami küçəsi 121 ünvanında yerləşən binanın həyəti abadlaşdırılır. Bu haqda bu gün, 1 mart tarixində Nəsimi Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib.
Binanın həyətində 1 hektar ərazidə asfalt örtüyü dəyişilib, istinad divarları və tamet daşları təmir olunub. Həmçinin, ərazidə ağaclar budanıb, söhbətgah və uşaqlar üçün sürüşkən quraşdırılıb.
Rayonun müxtəlif ünvanlarında abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.
[URIS id=35213]