Paytaxtda velosipedlər üçün ayrılmış zolağın üstündəki köşk yığışdırılmayıb. Bu haqda 26 dekabr tarixində Oxu.az xəbər verib.
Nəsimi rayonunda velosiped yolu çəkilib, lakin yolun üstündə olan köşk götürülməyib. Bu isə yol infrastrukturundakı kobud səhvlərdən biri sayılır. Belə ki, ayrılmış zolağın üstü ilə hərəkət edən velosiped məcbur olacaq ki, yoldan çıxıb ya piyadalar üçün nəzərdə tutulmuş səkiyə, və ya avtomobil yoluna girsin.
Sosial şəbəkədə bu görüntü birmənalı qarşılanmayıb.