Paytaxtın Nəsimi rayonunda Vətən müharibəsi şəhidlərinin və əlillərin ailələrinə maddi yardım göstərilib. Bu haqda bu gün, 29 dekabr tarixində Nəsimi rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Müharibə iştirakçıları da olmaqla rayon ərazisində yaşayan ümumilikdə 500-dən yuxarı ailəyə ərzaq bağlamaları verilib.
Tədbirlər 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar təşkil olunub.
Bundan əlavə, İcra nümayəndələri Vətən Müharibəsi əlili Elnur Babayevin ailəsinə verilmiş Xocasən qəsəbəsindəki yeni mənzili ziyarət edərək, onlara mebel dəsti hədiyyə ediblər.
[URIS id=22291]