Paytaxtın Nəsimi rayonunda yaşayan şəhid ailəsinin evində təmir işləri tamamlanıb. Bu haqda bu gün, 4 fevral tarixində Bakuplus.az Nəsimi rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Şəhid Elxan Məmmədovun ailəsinin yaşadığı Asif Məhərrəmov 68a ünvanındakı 3 otaqlı mənzil əsaslı təmir olunub. Yekun işlərə RİH-nin başçısı tərəfindən baxış keçirilib.
"Bu günə qədər rayon ərazisində yaşayan 6 Şəhid ailəsinin mənzili təmir edilib", - deyə qurum əlavə edib.
[caption id="attachment_32174" align="alignnone" width="446"]
Foto nasimi-ih.gov.az[/caption]