Nəsimi rayonunda məişət tullantıları üçün nəzərdə tutulmuş yeni konteynerlərin quraşdırılması işləri həyata keçirilir. Bu haqda 3 dekabr tarixində Bakuplus.az Nəsimi RİH-yə istinadən xəbər verir.
Rayonun kommunal xidmətləri tərəfindən rayon ərazisində yeni kiçik tullantı qablarının və iri ölçüdə olan tullantı konteynerlərinin quraşdırılması işləri həyata keçirilir. Nəsimi rayonu ərazisində yararsız vəziyyətə düşmüş kiçik ölçülü tullantı qabları və iri ölçüdə olan tullantı konteynerləri ərazidən çıxarılaraq yeniləri ilə əvəz olunur.
[URIS id=81628]