Paytaxtın Nəsimi rayonunda küçələr qardan təmizlənir. Bu haqda bu gün, 14 yanvar tarixində Nəsimi rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Məsul təşkilatların texnikaları hazır vəziyyətə gətirilib. İnventar, qum və duz tədarükləri görülüb, eləcə də işçilər arasında xüsusi iş qrafiki hazırlanıb.
13 yanvar axşam saatlarından 15 yanvar gündüzə qədər Bakı və Abşeron yarımadasında havanın kəskin dəyişəcəyi və qar yağacağı proqnozlaşdırılıb.
[URIS id=29635]