Nəsimi rayonunda asfaltlaşma işləri davam etdirilir. Bu haqda 30 noyabr tarixində Nəsimi Rayon İcra Hakimiyyəti xəbər verib.
Nəsimi rayonu Rəşid Məmmədov küçəsi ilə H.B.Əliyev küçələrinin kəsişməsində körpüdən yol kəsişməsinə, işıqfora qədər olan hiisədə təmir işləri başa çatdırılıb, yollara asfalt örtüyünün vurulması, səkilərdə təmir-bərpa işlərinin aparılması və yeni bardürlərin qoyulması işləri yekunlaşmaq üzrədir.
Qeyd edək ki, yağış sularının yığılması ilə əlaqədar yollar pis günə düşmüşdür. Hazırda rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və yenidənqurma işləri başlanıb.
[URIS id=16273]