Bakı şəhəri Nəsimi rayonunda ümumi abadlaşdırılma layihəsi davam etdirilir. Bu haqda məlumatı Nəsimi rayonu İcra Hakimiyyətinin mətbuat xidməti bu gün, 24 noyabr tarixində qurumun rəsmi saytında yayıb.
Tədbirlər çərçivəsində H.Seyidzadə küçəsi 2, 4 saylı binaların həyətlərində yollara asfalt örtüyü vurulub, səkilərdə təmir-bərpa işləri aparılıb, yeni bordürlər qoyulub.
Daha öncə, həmin küçədə 11,13,17,27a saylı binaların giriş qapı və pəncərələri dəyişdirilmiş, yeni yağış suları axıdan navalça və borular quraşdırılmış, özbaşına hasara alınmış sahələrin çəpərləri sökülmüşdür.
[URIS id=15402]