Bakının Nəsimi rayonunun müxtəlif ünvanlarında abadlıq və asfaltlama işləri aparılır. Bu haqda bu gün, 25 may tarixində rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib.
Mərdanov Qardaşları, Nəcəf bəy Vəzirov, Ağadadaş Qurbanov, Cəlil Məmmədquluzadə, Abbasqulu Ağa Bakıxanov və Sarabski küçələrinə yeni asfalt örtüyü vurulub, yeni bordürlər qoyulub, səkilərdə təmir-bərpa işləri aparılıb.
Həmçinin adıçəkilən rayonun S.Rüstəm küçəsi 35-37 ünvanında yolların asfaltlanması işləri davam etdirilir.
[URIS id=45856]