Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində aparılan abadlıq işləri yekunlaşıb. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Aparılan abadlıq işləri çərçivəsində qanunsuz hasara alınmış çəpərlər sökülüb, binanın fasadında və eyvanlarında uçulub-tökülmə ehtimalı olan suvaq qatları yenidən üzlənib, giriş qapıları təmir edilib.
Həmçinin yağış sularını axıdan borular dəyişdirilib. Yeni işıqlandırma və suvarma sistemi çəkilib, həyətdə yerləşən fontan yenidən təmir olunub, yeni tamet daşları və bordürlər düzülüb.
Hazırda həyətdə uşaq meydançası, söhbətgah və oturacaqların quraşdırılması, yaşıllaşdırma işlərinin aparılması, qazon örtüyünün vurulması işləri yekunlaşır.
[caption id="attachment_99230" align="alignnone" width="896"]
Foto Nəsimi rayon İcra Hakimiyyəti[/caption]