Paytaxtın Nəsimi rayonu, Salatın Əsgərova, 203 ünvanında binanın eyvanı qəzalı vəziyyətdədir. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
114 yaşı olan binanın eyvanlarından biri hər an dağıla bilər. Belə ki, eyvanın yarısı tikilidən aralanaraq, asılı vəziyyətdə qalıb. Buradan keçən vətəndaşlar və binada yaşayan sakinlər hər gün təhlükə ilə üzləşirlər. Sakinlərin sözlərinə görə, bu hal 2 ildir davam edir.
Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyindən (MKTB) məsələ ilə bağlı bildiriblər ki, hazırda sakinlərin köçürülməsi üçün danışıqlar aparılır. Bina tamamilə yararsız olduğundan yenidənqurma işlərinin aparılması mümkün deyil.