Paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində fəaliyyət göstərən un məmulatları ictimai iaşə obyektində qanun pozuntuları aşkarlanıb. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
“Kardeşler” adlı obyektdə antisanitariya, işçi heyətinin xüsusi paltarları geyinmədiyi və tibbi müayinədən keçmədiyi məlum olub.
Obyektin fəaliyyəti qismən məhdudlaşdırılıb, rəhbərlik məsuliyyətə cəlb olunub.
[URIS id=38467]