Paytaxtın Nəsimi rayonunda genişmiqyaslı abadlıq-quruculuq layihəsi çərçivəsində asfaltlama işləri aparılır. Bu barədə bu gün, 6 aprel tarixində Nəsimi rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Sakinlərin müraciətləri nəzərə alınaraq, işlər Mərdanov Qardaşları və Nəcəf bəy Vəzirov ünvanlarında yerləşən məhəllədaxili yollarda aparılıb. Həmçinin səkilərdə təmir-bərpa işləri aparılıb, yeni bordürlər qoyulub.
Hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.
[caption id="attachment_39566" align="alignnone" width="800"]
Foto Nəsimi rayonu İcra Hakimiyyətinin rəsmi saytı[/caption]