top
Nərmin Kərimbəyova: “Qəbul edib-etmirsiz, özünüz bilərsiz!”
14 mart 2025, 06:48
- ↺ +

Nərmin Kərimbəyova: “Qəbul edib-etmirsiz, özünüz bilərsiz!”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müğənni Nərmin Kərimbəyova Kanal S-də yayımlanan “Xəbərin var?” verilişində qonaq olub. İddialı ifaçı yenə də cəsarətli çıxışı ilə seçilib.

Olay.az xəbər verir ki, Nərmin onun ifasına, xarici görünüşünə gələn tənqidlərlə yanaşı, standart görünən həmkarlarına da rəy bildirib:

“Tənqid qınaq deyil. O qədər təhqir formasında idarə olunmamış, anormal münasibətdir ki, mən onu çoxdan öyrənmişəm, mənə belə neqativ şeylər təsir etmir. Nə qədər tənqid artsa da, düzgün yolda olduğum sübut olunur. İnsanların mənə olan sevgisi də artır. Mən özüm bilirəm ki, bu həyatda nələrdən keçdim, nələr yaşadım. Hələ nələrdən keçəcəm, qarşıda məni nələr gözləyir, onu da bilirəm. Özümə deyirəm ki, 40 yaş gəlib, bugünə kimi özün üçün 2-ci, 3-cü planda olmusan. Artıq özünü sev. Mən buyam, özüməm. Qəbul edib, etmirsiz, özünüz bilərsiz! Heç birimiz ideal deyilik. Heç nədən utanmamalıyıq. Bəlkə kimsə nəsə gizlədir həyatından, amma mən gizlətmirəm. Mən dərin yaramı göstərdim. Mən həyatda çətinlik keçib, amma güclü dayanan adamlardan ilhamlanıram. Mən dünyada güclü, hər daim şükür edən inklüziv insanları yaxından izləyirəm.

Hərə bir yerini dartır, şişirdir, göstərir. Mənə standartı görmək xoş deyil! O görüntü mənimçün sıfırdır, gülməlidir. Bu, yaradıcılıq deyil. Mən səhnəyə bununçün gəlməmişəm. Əgər deyirlərsə ki, mən bu əməliyyatları sənətim üçün edirəm! Deyil, yalandır! Belə standartları görmək məni qıcıq edir. Axı nə qədər olar? Hər şeyin həddi var! Və mən də bunun əksini göstərirəm. Mən sənətə öz beynimi, dəsti-xəttimi, yaradıcılığımı gətirmişəm. İsbat edəcəm ki, mənim kimilər bu həyatda nəyisə dəyişəcək. Mənim yolum çətindir, gec-tez tamaşaçı qəbul edir, edəcək də.

Gah çəkimi, gah ifamı anlamırlar. Tənqid edirlər. Onu dəqiq deyə bilirəm ki, insanları heç nə ilə qane etmək mümkün deyil. Sanki hər kəs bütün neqativini tanınmış insanlara tökür. Sonra özlərini xoşbəxt hiss edirlər”.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
01 noyabr 2026, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
01 noyabr 2026, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər