top
Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - FOTO 
24 dekabr 2024, 05:36
- +

Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - FOTO 

Xəbər verdiyimiz kimi, dünən hüquq-mühafizə orqanları Səhiyyə Nazirliyində əməliyyat keçirib və 6 nəfər vəzifəli şəxs saxlanılıb. Hələlik onlardan yalnız birinin kim olduğu bəllidir. Həmin şəxs adı son günlərdə saxta sertifikat məsələsi ilə bağlı gündəmə gələn nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.

Rəsmi açıqlama olmadığından daha hansı vəzifəli şəxslərin saxlanıldığı bəlli deyil. Ancaq nəzər alsaq ki, hazırkı həbslər bir müddət əvvəl Baş Prokurorluq və DİN-in saxta plastik cərrahlarla bağlı araşdırması çərçivəsində baş tutub, o zaman saxlanılanlar arasında nazirlikdə və ona tabeli qurumlarda məhz bu sahəyə cavabdeh olanların, eləcə də Sertifikasiya Komissiyasının üzvlərinin ola biləcəyini ehtimal etmək mümkündür.

Bu sırada ağıla gələn ilk isim Səhiyyə nazirinin müavini İlqar Qasımovdur. Səhiyyə Nazirliyi ilə bağlı yayılan əksər qalmaqallı məsələlərdə - mübahisəli kadr təyinatları, şübhəli tender əməliyyatları və nəhayət, sertifikasiya işlərinə onun rəhbərlik etdiyi bildirilir. Ona görə də aparılan əməliyyatlarda İlqar Qasımovun kənarda qalacağı inandırıcı deyil.

Məsələ burasındadır ki, Azərbaycanda son 14 ildə müxtəlif sahələrdən olan həkimlərə plastik cərrah sertifikatının verilməsi prosedurunun necə həyata keçirilməsi müəmmalarla doludur. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.14-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti 18 mart 2010-cu ildə “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları” təsdiq edib (https://e-qanun.az/framework/19507). Bu qaydaların təsdiqindən sonra hansısa həkimin kurs bitirməklə plastik cərrah olmasına rəsmən qadağa qoyulub.

Ancaq buna baxmayaraq, həmin tarixdən sonra da plastik cərrahlara Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikatlar verilməkdə davam edib. Bəzi plastik cərrahların sosial şəbəkədə paylaşdıqları sertifikatlar da bunu təsdiq edir. Maraqlıdır, 2010-cu ildə Həkimləri Təkmilləşdirmə İnstitutunda plastik cərrahlar üçün kursların qadağan edilməsindən sonra Sertifikasiya Komissiyası hansı əsasla müxtəlif sahə həkimlərinə plastik cərrah sertifikatı verib? İlqar Qasımov, eləcə də digər vəzifəli şəxslər bu sertifikatları imzalayarkən, qanunvericiliyin tələblərinə əməl ediblərmi? Həmin həkimlər doğrudan da rezidentura təhsili aldıqdan sonra sertifikat əldə ediblər, yoxsa bu məsələdə də ciddi saxtakarlığa yol verilib? Bu sualların cavabı hələ də açıq qalıb.

Ancaq faktiki olaraq, son 14 ildə yüzlərlə həkimə plastik cərrahiyə ilə məşğul olmaq icazəsi verilib. 2019 və 2020-ci illərdə plastik cərrahlara verilən sertifikatlardan isə aydın olur ki, hazırda saxlanılan Səidə Rüstəmova bu sənədləri Sertifikasiya Şurasının katibi kimi imzalayıb. Sədr kimi isə 2019-cu ildə həmin sertifikatları Səhiyyə nazirinin hazırkı müavini, o zaman isə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun “Travmatologiya və ortopediya” kafedrasının müdiri vəzifəsində çalışan İlqar Qasımov imzalayıb. Halbuki belə sənədlər nazir və ya nazir müavini səviyyəsində imzalanmalıdır. Ancaq İlqar Qasımov nazir müavini vəzifəsinə 2022-ci ilə təyin edilib. (https://sehiyye.gov.az/nazirlik/nazirliyin-rehberliyi/qasimov-i-lqar-bulf-z-oglu/)

Bəlkə düşünmək olardı ki, həmin vaxt, yəni 2019-cu ildə o, Sertifikasiya Şurasının sədri olub. Amma heç bir mənbədə onun bu komissiyanın sədri olması barədə məlumata rast gəlmək mümkün deyil.

Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun dosenti, tibb üzrə fəlsəfə doktoru Akif Əfəndiyev Bakupost.az-a açıqlamasında bildirib ki, İ.Qasımov heç vaxt bu komissiyanın sədri olmayıb:

"İlqar müəllim heç vaxt sertifikasiya komissiyasının sədri olmayıb. O nazir müavinidir və sertifikata nazir müavini kimi qol çəkir. Serftifikatları komissiya hazırlayır, verir Səhiyyə Nazirliyinə, nazirlikdə isə ya nazir, ya da onun müavini imzalayır. Sertifikatları imzalamaq İlqar müəllimə həvalə olunub".

Göründüyü kimi, İlqar Qasımov nazir müavini olduqdan sonra sertifikatların hazırlanması və imzalanması birbaşa ona həvalə olunub. Amma o, nazir müavini təyin olunmazdan əvvəl də bu işlərlə məşğul olub. Bu necə baş verib? Bəlli deyil. Bəlli olan isə odur ki, əgər bu istiqamətdə əməliyyatlar keçirilirsə, İlqar Qasımovun kənarda qalacağı az ehtimal olunandır.

Daha ziddiyyətli bir məqam isə Komissiyanın adi ilə bağlıdır. Belə ki, Səhiyyə Nazirliyinin saytında sertifikasiyaya cavabdeh qurumun adı "Sertifikasiya Komissiyası" kimi gedir, verilən sertifikatlarda isə "Sertifikasiya Şurası" sözləri keçir.

 

Son xəbərlər

Xəbər
Bu gün, 17:32

Dərsliklərə "sağlam qidalanma" mövzusu daxil ediləcək, kadr hazırlığı təkmilləşdiriləcək

Xəbər
Bu gün, 16:56

Restorandan oğurladığı ətləri kasıblara payladı - Bakıda KURYOZ OLAY

Xəbər
Bu gün, 15:30

İlham Mirzəyev xəstəxanadan evə buraxıldı

Xəbər
Bu gün, 14:28

Döşəməni təmizlədikləri bez ilə eskalatorun tutacaqlarını SİLDİLƏR

Xəbər
Bu gün, 12:11

Prezident Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Xəbər
Bu gün, 11:21

Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman

Xəbər
Bu gün, 10:49

Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"

Xəbər
Bu gün, 09:50

Bakıda kişi arvadını iş yerində döydü

Xəbər
Dünən, 21:59

10 ilin acı statistikası: istirahət məkanlarında 21 ölüm - ARAŞDIRMA

Xəbər
Dünən, 20:58

Xətaidə pivə zavodundan Xəzərə çirkab su axıdılır? – Araşdırma başladı + YENİLƏNİB

Xəbər
Dünən, 17:53

"Həndbolçularımız işıqsız, suyun olmadığı şəraitdə məşq edirdilər" - Federasiyasının idman direktoru

Xəbər
Dünən, 17:37

Bakıda qolları olmayan körpə doğuldu - Anası İMTİNA ETDİ

Xəbər
Dünən, 16:28

Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyefi oğurlayan TUTULDU - YENİLƏNİB

Xəbər
Dünən, 15:14

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Xəbər
Dünən, 14:46

Bakıda kişi ona içmə deyən arvadına badalaq vurdu

Xəbər
Dünən, 13:19

Bakıda şimşək çaxacaq, yağış yağacaq

Xəbər
Dünən, 12:43

Göldən pis qoxu gəlir, əraziyə zibil atılır – Ramanalılar kömək istəyir

Xəbər
Dünən, 10:02

Xalq artisti Aleksandr Şarovski vəfat edib - Mehriban Əliyeva başsağlığı verib

Xəbər
Dünən, 09:23

Bakının Yasamal rayonunda işıq olmayacaq

Xəbər
08 sentyabr 2026, 17:09

"Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib" - Xalq artisti

Xəbər
08 sentyabr 2026, 15:48

Ümrəyə getmək istəyən ər-arvadın pullarını əllərindən aldılar - Bakıda ŞOK DƏLƏDUZLUQ

Xəbər
08 sentyabr 2026, 14:12

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Xəbər
08 sentyabr 2026, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
08 sentyabr 2026, 12:54

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir

Oxşar xəbərlər