top
Nitq qüsurlarının yaranma səbəbi nədir? - Loqopeddən AÇIQLAMA 
28 yanvar 2025, 00:21
- ↺ +

Nitq qüsurlarının yaranma səbəbi nədir? - Loqopeddən AÇIQLAMA 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Mürəkkəb nitq qüsurlarının yaranma səbəbləri müxtəlifdir və fərqli xüsusiyyətlərə malikdir”.

Bakuplus.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da loqoped Aygün Ələkbərova açıqlayıb.

Onun sözlərinə görə, mürəkkəb nitq qüsurları anadangəlmə və sonradan qazanılan ola bilər:

“Yaranma səbəblərinə nitq aparatının üzvi patologiyaları və ya nitqə təsir edə biləcək sosial-psixoloji amillər aid edilir. Ağır nitq qüsurunun yaranma səbəblərini (uşaqlarda, yaxud böyüklərdə) yalnız mütəxəssislər müəyyən edə bilərlər. İlk şübhələr yarandıqda loqopedə və ya həkimə müraciət etmək vacibdir, çünki erkən müraciət gələcəkdə aparılan korreksiya işləri zamanı daha müsbət nəticə verə bilər”.

A.Ələkbərova bildirib ki, mürəkkəb nitq qüsuru zamanı nitqin bütün tərəfləri pozula ola bilər:

“Nitqin hərəkətliyi, aktivliyi, nitqin qrammatik, leksik tərəfinin normaya uyğun olmaması, səs tələffüzünün təhrifinin, məhdud təfəkkürün, təxəyyülün olması, ünsiyyət bacarıqlarının olmaması, yazı və oxu çətinlikləri ilə müşahidə oluna bilər. Mürəkkəb nitq qüsurları loqopedik klassifikasiyasına aiddir”.

Loqoped qeyd edib ki, mürəkkəb nitq qüsurları deyərkən alaliya, dizartriya, rinolaliya, kəkələmə, afaziya kimi nitq qüsurları aid edilir.

Aygün Ələkbərova həmçinin bildirib ki, nitq inkişafının həssas dövrü 1 yaş yarımdan 3 yaşa kimi nəzərdə tutulur.

Onun sözlərinə görə, bir ailədə böyüyən uşaqlar belə eyni olmurlar və hər bir uşaq individualdır:

“1,5-3 yaş arası olan uşaqlarda şifahi nitqin qavranılması və lüğət ehtiyatının artırılma dövrü hesab edilir. Bu yaşda uşaqlar xarici dilləri öyrənməyə çox həssasdırlar. 3-4 yaş arası - bu dövrdə isə rəqəmlərin və hərflərin simvolik təyinatı ilə tanış olmaq və yazıya hazırlaşmaq üçün ən əlverişlidir. Şüurlu nitq və öz fikirlərini başa düşmə, ifadə etmə inkişaf edir”.

A.Ələkbərova bildirib ki, sağlam mərkəzi sinir sistemi nitq aparatının inkişafı və formalaşmasında mühüm rol oynayır:

“Bundan başqa, uşaq üçün ailə üzvləri arasında sevgi, qayğı mühitinin yaradılması vacib amillərdən biri hesab olunur. Nitq inkişafının kritik dövrləri də mövcuddur. Bu dövrlərdə valideynlər diqqətli olmalıdırlar. 1-2 yaş arasında broka mərkəzinin (nitqhərəkət analizatorları) nitq qabığının hissələrinin intensiv inkişaf dövrü olduğundan, hansısa bir amillərdən nitq inkişafının ləngiməsi (ÜNİL), nitq inkişafının geriliyi (ÜNİG) müşahidə oluna bilər”.

Loqoped qeyd edib ki, 3 yaşlı uşaqlarda mərkəzi sinir sistemi ilə neyroendokrin və damar tənzimlənilməsinin uyğunsuzluğu nəticəsində kəkələmə, afaziya (formalaşmış nitqin itməsi) və nitqin inkişafdan qalması müşahidə edilmə ehtimalı var:

“6-7 yaş arası uşaqlarda isə mərkəzi sinir sisteminin yaşla əlaqəli yüklənmələri nəticəsində kəkələmə müşahidə oluna bilər”.

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
03 noyabr 2026, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
03 noyabr 2026, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Oxşar xəbərlər