Abşeron rayonunda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Bakuplus.az-a verilən məlumata görə, Novxanı qəsəbəsi ərazisində müxtəlif vaxtlarda “KamAZ” markalı 5 yük avtomobilindən akkumulyator və yanacaq oğurlanıb.
Hadisə ilə bağlı şübhəli bilinən 33 yaşlı E.Alşanov və 35 yaşlı E.Qasımov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.