top
“Oleq Bakinski”nin məhkəməsi davam etdirilib
04 aprel 2025, 09:56
- ↺ +

“Oleq Bakinski”nin məhkəməsi davam etdirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Apa.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Konstantin Kuçerin vəkili vəsatətlərlə çıxış edib.

Vəkilin bildirib ki, iyunun 31-də zərərçəkən tərəfindən verilmiş şikayət ərizəsində Konstantin Kuçerin adı olmadığı halda o, istintaqa çağırılıb və ikinci dəfə şübhəli şəxs qismində saxlanılıb: "Müvəkkilim barəsində heç bir şikayət olmadığı halda şübhəli şəxs kimi istintaqa cəlb edilib və bu barədə məktub da əlavə edilib. İstintaq vaxtı tərəfimizdən 12 vəsatət verilib. Bunların bir qismi - ailəsinə münasibətdə olan vəsatətlər təmin edildi. Lakin cinayət işi ilə əlaqədar olan hissələr təmin edilmədi və səbəbləri yazıldı. Hətta Kuçerin saxlanılması ilə əlaqədar Ukrayna səfirliyinə də məlumat verilməyib. Amma bununla bağlı cinayət işinə məktub əlavə edilib. Bunlar barədə "Azərpoçt"dan və Baş Polis İdarəsindən məktubların məhkəməyə təqdim edilməsini xahiş edirəm”.

Digər vəsatət isə onun ofisində aparılan axtarışla bağlı "Babək Plaza"dan görüntüləin götürülməsi ilə bağlı olub.

Vəkil, həmçinin "Yeni Klinika"ya zərərçəkən şəxslərin nə vaxt müraciət etməsi və rentgen məlumatları ilə bağlı sorğu verilməsi barədə vəsatət verib.

Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini təklif edib. O, əlavə edib ki, proses iştirakçılarından heç kim rentgen barədə heç nə bilmir və bu məlumat verilsə də, anlamayacaqlar.

Məhkəmə məktublar, "Yeni Klinaka" ilə bağlı vəsatətləri təmin edib.

Oleq Bakinskinin vəkili onun ev dustaqlığına buraxılması barədə vəsatət verib. Bildirib ki, müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlər var: "Onun cinayət işi ayrılmalı idi”.

Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini təklif edib, buna zərurət olmadığını bildirib.

K. Kuçer də vəsatətin təmin olunmasını istəyib və özü ilə də bağlı ev dustaqlığı qərarının verilməsini xahiş edib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Proses aprelin 18-də davam etdiriləcək.

Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.

Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.

Son xəbərlər

Xəbər
Bu gün, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Bu gün, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Oxşar xəbərlər