Paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsi, 10 ünvanında yerləşən hamamda nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Pak məkan hamamı” adlı hamamda aparılan yoxlama zamanı aşağıdakı nöqsanlar aşkarlanıb:
Obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları tam quraşdırılmayıb;
Elektrik təchizatı və elektrik qurğuları qaydalara uyğun quraşdırılmayıb;
Obyektdə daxili yanğın su kranları quraşdırılmayıb;
Taxta konstruksiyalı elementlər odadavamlı məhlulla hopdurulmayıb;
Obyektdə təxliyə planı mövcud deyil;
Obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb və mövcud odsöndürən balonların tərkibi yenilənməyib.
Aşkar olunan faktlarla bağlı sahibkar məsuliyyətə cəlb edilib, hamamın fəaliyyəti dayandırılıb. Yoxlamalar davam edir.