top
Paytaxtda keçirilən əzəmətli “Teknofest Azərbaycan” Festivalı başa çatıb
30 may 2022, 03:50
- ↺ +

Paytaxtda keçirilən əzəmətli “Teknofest Azərbaycan” Festivalı başa çatıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda “Teknofest Azərbaycan” beynəlxalq Aviasiya, Kosmos və Texnologiya festivalı başa çatıb. Dörd gün ərzində, mayın 26-dan 29-na qədər festivalda Türkiyə və Azərbaycan şirkətlərinin beynəlxalq sərgiləri, əyləncə proqramları, hava şouları və bir sıra digər tədbirlər təşkil olunub. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az məlumat verir.

Tədbir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə təşkil olunub.

Festival çərçivəsində Azərbaycan və Türkiyə hərbi pilotları qırıcılarda birgə  nümunəvi uçuşlar, Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri isə qayıqlarda maraqlı manevrlər həyata keçiriblər. Festival çərçivəsində Müdafiə Nazirliyi üçün ayrılmış pavilyonda müasir hərbi-texniki avadanlıqların təqdimatı olub.

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhurriyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə olaraq keçirilən “Teknofest Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak ediblər.

“Teknofest”-in dördüncü günündə Smart Qarabag Hackaton və Baku Open Cyber ​​Cup yarışlarının, Esports Europe Championship-2022 (European Esports Championship-2022), Agro Tech (kənd təsərrüfatı texnologiyaları) yarışlarının iştirakçıları və komandalarının mükafatlandırma mərasimi keçirilib. Həmçinin yarışlarda pilotsuz uçuş aparatları və “yaşıl” texnologiyalar, Baku Skills, Planer, sosial yönümlü texnologiyaları təmsil edən iştirakçıların mükafatladırması baş tutub. Onlara pul mükafatları və qiymətli hədiyyələr verilib.

“Teknofest” tədbiri 2018-ci ildən etibarən hər il Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Baykar Makina şirkətinin texniki direktoru tərəfindən idarə olunan Türk Texnologiya Komandası Vəqfinin (T3) birgə təşkilatçılığı, Türkiyənin 60-dan çox dövlət qurumu ilə birgə keçirilir. Məqsəd aviasiya, kosmik sənaye və rəqəmsal iqtisadiyyat kimi sahələrin populyarlaşdırılması, bu sahələrdə sahibkarlığın təşviqi, festival çərçivəsində təşkil olunan müsabiqələr vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması və milli texnologiyaların geniş ictimaiyyətə təqdim edilməsidir.

[URIS id=46389]

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər