top
Paytaxtda sürücülər maşın saxlamağa yer tapmırlar: çoxmərtəbəli parkinqlər tikiləcəkmi?
20 iyun 2023, 03:40
- ↺ +

Paytaxtda sürücülər maşın saxlamağa yer tapmırlar: çoxmərtəbəli parkinqlər tikiləcəkmi?

Sürücülər nəqliyyat vasitələrini saxlamaq üçün yer tapa bilməmələrindən şikayət edirlər. Onların fikrincə, bu problemin həlli üçün çoxmərtəbəli avtodayanacaqların sayı artırılmalıdır. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.

Bakıda fəaliyyat göstərən çoxmərtəbəli avtodayanacaqda 1 saatadək parklanmanın qiyməti 1 manat, 3 saatadək - 2 manat, 8 saatadək - 3 manat, 12 saatadək - 5 manat, 24 saatadək - 10 manat təşkil edir. Obyekt nəzarətçisinin sözlərinə görə, nəqliyyat vasitəsini saxlamaq üçün müraciət edənlər çox olduğundan avtodayanacaq tələbatı ödəmir.

Şəhərin müxtəlif yerlərində belə parklanma yerlərinin salınmasına ehtiyac var. Ekspertlər hesab edirlər ki, çoxmərtəbəli avtodayanacaqların sayı artırılmalıdır.

“Parklanma probleminin həlli üçün ilk növbədə bütün yaşayış və qeyri-yaşayış obyektlərinin parklanma yerlərinin olması zəruridir. Çoxmərtəbəli parklanma yerlərinin tikilməsi ilə bağlı konkret işlər həm şəhərin mərkəzində, həm də şəhərdən kənarda görülməlidir”, - nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, baş planın işlənməsi zamanı nəqliyyat infrastrukturunun küçə yol şəbəkəsinin inkişaf sxemi hazırlanır, əsas infrastruktur obyektlərinin harada yerləşəcəyi müəyyən edilir. Parklanma yerləri və digər bu növ kiçik obyektlər isə layihələndirmənin növbəti mərhələlərində detallı planlaşdırılan ərazilərdəki tələbatlara və imkanlara uyğun yerləşdirilir.

Son xəbərlər

Xəbər
Bu gün, 08:53

Cabir İmanovun vəfatından bir il ötür

Xəbər
Dünən, 18:00

Bakıda qızının nişanlısını öldürən ataya AĞIR CƏZA verildi

Xəbər
Dünən, 17:37

Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olundu

Xəbər
Dünən, 17:13

Bakıdan Naxçıvana reyslər təxirə salındı

Xəbər
Dünən, 16:15

Vüsal Şilderin qətlinə görə 10 min veribmiş...

Aktual Xəbərlər
Dünən, 15:25

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Xəbər
Dünən, 14:19

İntim münasibətdən sonra qadını pəncərədən atdı – Hoteldəki dəhşətli hadisənin təfərrüatı

Xəbər
Dünən, 13:47

Əvəz Zeynallı vəfat etdi

Xəbər
Dünən, 13:20

Sabah Bakıda yağış yağacaq

Xəbər
Dünən, 12:34

"Anamı öldürdü, indi də mirasımızı almağa çalışır" - Qətlə yetirilən plastik cərrahın qızı

Xəbər
Dünən, 12:20

Zibil daşıyan maşın qoca kişini vurub öldürdü - BAKIDA

Xəbər
Dünən, 12:10

Bakıda qadın öldürüldü: əri şübhəli bilinir

Xəbər
Dünən, 11:18

Qazi aşpaz vəfat etdi

Xəbər
Dünən, 10:53

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

Xəbər
Dünən, 10:40

Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Xəbər
Dünən, 10:00

Bakıda kişi icazəsiz ad gününə gedən sevgilisinə İŞGƏNCƏ VERDİ

Xəbər
Dünən, 09:43

Həkimləri çağırışa çatdıran sürücü sükan arxasında öldü

Xəbər
Dünən, 09:24

Mir Cəlal Paşayevin anım günüdür

Xəbər
27 sentyabr 2026, 21:00

28 sentyabr - 4 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
27 sentyabr 2026, 17:53

"Mən səni hər ilin bu ayın bu günündə yenidən itirirəm" - Şəhid hərbi həkimin xanımı

Cəmiyyət
27 sentyabr 2026, 12:22

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Xəbər
27 sentyabr 2026, 00:10

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Xəbər
27 sentyabr 2026, 00:01

27 sentyabr – Anım Günü: İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

Xəbər
26 sentyabr 2026, 17:40

Azərbaycanda çörək BAHALAŞACAQ? — AÇIQLAMA

Oxşar xəbərlər