Azərbaycanda daha bir məhkum həbsdə ölüb.
Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıda yerləşən cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada saxlanılan məhkum Yusif Cavadov dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, təqaüdçü olan Yusif Cavadov azyaşlı uşaqlara qarşı seksual təcavüzdə təqsirli bilinərək həbs edilibmiş.