Bu gün futbol üzrə Misli Premyer Liqasının XVI turunda iki oyun keçiriləcək.
Bakuplus.az xəbər verir ki, günün ilk oyununda "Səbail" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək. Matçın start fiti 15:00-da səsləndiriləcək.
Turnir cədvəlində qonaqlar 36 xalla ikinci, "dənizçilər" 8 xalla sonuncu - onuncu sıradır.
Günün digər oyununda isə paytaxt klubu “Sabah” Ağdam təmsilçisi “Qarabağ”la üz-üzə gələcək.
Matç 18:00-da başlayacaq. Qeyd edək ki, “Qarabağ” 37 xalla liderdir. “Sabah” isə 22 xalla beşinci pillədə qərarlaşıb.