top
Professor Anar İsgəndərov: “Mart soyqırımı Azərbaycan xalqına qarşı ən böyük cinayət idi” - RƏY
31 mart 2025, 03:35
- ↺ +

Professor Anar İsgəndərov: “Mart soyqırımı Azərbaycan xalqına qarşı ən böyük cinayət idi” - RƏY

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Xalqımıza qarşı 1918-ci ildə törədilən Mart soyqırımı kimi faciəli tariximizin sovet dönəmində və ermənilər tərəfindən saxtalaşdırılması və ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Bu, xalqımıza qarşı düşmən münasibət bəsləyən erməni xislətinin gizlədilməsi idi. Bu isə özlüyündə XX əsr tariximizdə yeni-yeni qanlı səhifələrin açılmasına gətirib çıxartdı”.

Bu sözləri Bakuplus.az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov 31 Mart soyqırımı ilə bağlı tarixi faktlardan bəhs edərkən deyib.

Xatırladaq ki, 1918-ci ilin Mart soyqırımı zamanı Bakı şəhərində minlərlə azərbaycanlı, müsəlman öldürülüb. Onların əksəriyyətinin meyitləri tapılmayıb. Bakı şəhər əhalisinin əmlakları qarət olunub. Bir çox ziyarətgahlar və tarixi abidələr dağıdılıb, yerlə bir edilib. Qətliam Azərbaycanın, demək olar ki, bütün ərazilərində həyata keçirilib.

Deputatın sözlərinə görə, 1918-ci ilin mart-aprelində Şamaxı şəhəri və qəzası dəhşətli talan və vəhşiliklərə məruz qalıb:

“Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdu. 13 məhəllə məscidi və məşhur Cümə məscidi yandırılmışdı. Şamaxı şəhəri ilə yanaşı, Şamaxı qəzasının 53 kəndində minlərlə azərbaycanlı qətlə yetirilmişdi. Daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırmışdılar.

1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə mindən çox insan məhv edilib. Bu qırğınlar zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıdıblar və bunlardan 35-i hazırda mövcud deyil. Hesab edirəm ki, Azərbaycan xalqına qarşı ən böyük cinayət 1918-ci ilin Mart soyqırımıdır”.

Professor qeyd edib ki, 1918-20-ci illərdə erməni vəhşiliklərindən ən çox ziyan çəkən Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olub:

“Erməni silahlı dəstələri tərəfindən Zəngəzur qəzasının 100-dən çox müsəlman kəndi dağıdılıb. 1918-20-ci illərdə Andranikin silahlı dəstəsi tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı nəticəsində Qərbi Azərbaycan torpaqlarında təxminən yüz mindən çox türk-müsəlman öz dədə-baba torpaqlarından qovulub, didərgin salınıb və qətlə yetirilib. 1918-ci ildə İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılıb, talan edilib”.

A.İsgəndərov əlavə edib ki, 20 faiz torpaq itkisi erməni məkrinin, ən əsası isə Mart soyqırımının unudulmasının bilavasitə nəticəsidir:

“2020-ci il 44 günlük Vətən müharibəsinə qədər Azərbaycanın ən ağır probleminə və xalqın ən ağır dərdinə çevrilən Qarabağ məsələsinin əsası XX əsrin əvvəllərində qoyulmuşdu. 1990-cı ilin 20 Yanvar faciəsi, 1992-ci ilin fevralında Xocalı soyqırımı, 1992-ci ildən başlayaraq Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilanın, ümumiyyətlə 20 faiz torpaq itkisi erməni məkrinin, ən əsası isə Mart soyqırımının unudulmasının bilavasitə nəticəsidir.

Bugünkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaqdır və buna görə də həmişə və hər an hər şeyə hazır olmalıyıq. Borcumuz bu Vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır. Düşmənin əsrlər boyu türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımı siyasəti cavabsız qalmadı. Tarixdən ibrət götürən Azərbaycan xalqı heç bir zaman öz əzəli torpaqlarının düşmənin əsarətində qalması faktı ilə barışa bilməzdi və barışmadı.

2020-ci ilin sentyabrında müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında Qarabağı düşmən işğalından azad etdi. Tarixə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu zəfər düşmən işğalında olan torpaqlarımızın azad edilməsi və şəhidlərimizin intiqamının alınması ilə nəticələndi. Dövlət başçısı İlham Əliyevin dediyi kimi, gələcəkdə Ermənistanla qonşuluq münasibətləri bərpa oluna bilər, amma ermənilərin uzun illər xalqımıza qarşı həyata keçirdiyi qeyri-insani hərəkətləri heç vaxt unutmaq olmaz”.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Bu gün, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Bu gün, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Bu gün, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər