Aktrisa Pərvin Abıyeva qonaq olduğu "Günə bax" verilişində bir müddət əvvəl üzləşdiyi dələduzluqdan danışıb.
Bakuplus.az xəbər verir ki, aktrisa 200 min manata yaxın pulu itirdiyini açıqlayıb:
"Biri var, dələduz sənin üzərində işləyir, o pulu səndən çıxarır. Bir də var, sən özün elə buna meyillisən. Mən pulu dələduzlara verməyə meyilliyəm. Həddindən artıq çox itirmişəm. Bəlkə də 200 min manat olar. Belə olmağıma baxmayın, saf insanam", - deyə Pərvin vurğulayıb.