top
Qadınlar işləməsin deyən Fərhad Pərvizini xanımlar işdən çıxartdırdı
05 avqust 2025, 16:33
- ↺ +

Qadınlar işləməsin deyən Fərhad Pərvizini xanımlar işdən çıxartdırdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Baker Tilly International" iqtisadçı Fərhad Pərvizini şirkətin Azərbaycan filialında ("Baker Tilly Azerbaijan") tutduğu Maliyyə və biznes məsləhət xidmətləri üzrə direktor vəzifəsindən azad edib.

Bu barədə məlumatı  jurnalist Tunay Əliyeva şəxsi sosial media hesabında yazıb.

Onun sözlərinə görə, bu qərar təkcə korporativ məsuliyyət deyil, həm də cəmiyyətin sağlam gələcəyi üçün atılmış cəsarətli və prinsipial mövqedir.

Tunay Əliyeva şirkətin rəhbəri Francesca Lagerberg başda olmaqla bütün komanda üzvlərinə təşəkkür edib. O, bu mövqenin minlərlə qadın üçün önəmli mesaj olduğunu vurğulayıb.

Məsələ ilə bağlı bakupost.az "Baker Tilly International" şirkəti ilə əlaqə saxlayıb. Şirkətin marketinq şöbəsinin əməkdaşı açıqlamasında bildirib ki, şirkət daxilindəki prosedurların paylaşılmamasına məsul olduqları üçün bu barədə məlumat verə bilməzlər:

"Özünüz görürsünüz ki son zamanlar sosial şəbəkələrdə nələr baş verir. Şirkət tərəfindən verilən hər hansı bir məlumat təhrif olunmuş şəkildə paylaşıla bilər deyə biz daxili siyasətimizə əsaslanaraq paylaşmamağa qərara gəldik. Bu müddət ərzində sizdən əlavə şirkətə çox sayda zənglər və sorğular gəlib. Biz qərara gəlmişik ki, heç bir zəngə, heç bir müraciətə cavab verməyək".

Məsələyə aydınlıq gətirmək üçün Fərhad Pərvizi ilə də əlaqə saxlanılıb. O, açıqlamasında bildirib ki, sözügedən məsələ ilə bağlı şirkətin rəhbərliyi ilə əlaqə saxlanılmalıdır:

"Bu barədə şirkət rəhbərliyi sizə məlumat verəcək."

Fərhad Pərvizi ilə söhbət zamanı şirkətlə artıq əlaqə saxlanıldığını bildirdikdə isə o, belə cavab verib:

"Yəqin ki, bunun bir səbəbi var, ona görə də məlumat verilmir. Mən də bu məsələ ilə bağlı müqavilə şərtlərimə əsasən, şirkətin xəbəri olmadan açıqlama verə bilmərəm".

Bununla belə Fərhad Pərvizi sosial şəbəkə hesabındakı iş məlumatlarında "Baker Tilly International"dakı işindən ayrıldığını təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl bir qrup feminist qadın "Baker Tilly International"ın rəhbərliyinə müraciət edərək, şirkətin Azərbaycan nümayəndəliyində çalışan Fərhad Pərvizinin Mədəniyyət TV-də qadınlara qarşı səsləndirdiyi ifadələrə görə ciddi ölçü götürülməsini tələb etmişdi. Onlar Fərhad Pərvizinin bu fikirlərinin artıq şəxsi yox, şirkətin nüfuzuna xələl gətirən mövqe olduğunu qeyd etmişdilər.

 

Son xəbərlər

Xəbər
Bu gün, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Bu gün, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Bu gün, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Bu gün, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Oxşar xəbərlər