Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə görüş keçirib. Bu haqda 8 oktyabr tarixində Qaradağ RİH məlumat verib.
Rayonun icra başçısı Süleyman Mikayılov Ümid qəsəbəsində sakinləri qəbul edib. Sakinlərin müraciətlərinə baxılıb və qaldırılan bir sıra məsələlər nəzarətə götürülüb, bəzi müraciətlər isə yerindəcə həll edilib.
Görüşdə hüquq-mühafizə orqanları, RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanları, yerli idarə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Başçı məsul şəxslərə müvafiq tapşırıqlar verib.
[caption id="attachment_73907" align="alignnone" width="640"]
Foto Qaradağ RİH-nin rəsmi saytı[/caption]