top
Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ: Aldadıla bilərsiniz!
22 dekabr 2024, 03:00
- ↺ +

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ: Aldadıla bilərsiniz!

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir neçə müddətdir ki, qızıl, brilyant, gümüş və s. zərgərlik məmulatları da digər əşyalar kimi kirayə verilir. Azərbaycanda qızılın kirayə verilməsi son illərdə yeni bir tendensiya olaraq ortaya çıxıb.

Bu proses xüsusilə toy və digər xüsusi tədbirlər üçün qızıl zinət əşyalarına tələbatın yüksək olduğu hallarda geniş istifadə olunur. Qızıl zinət əşyaları satan mağazalar və ya xüsusi kirayə xidməti göstərən mərkəzlər bu xidməti təqdim edir. Müştərilər toylarda, nişanlarda və digər mərasimlərdə istifadə etmək üçün qızıl əşyaları qısa müddətə icarəyə götürə bilirlər.

Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev “Yeni Sabah”a açıqlamasında bu məsələyə münasibət bildirib:

“Zinət əşyalarının kirayə verilməsi o qədər də populyar deyil. Ancaq son zamanlar xam qızılın birja qiymətinin artması ilə bağlı məmulatın da qiyməti artır. Ona görə yəqin ki, bu xidmət aktuallaşıb. Burada heç bir tənzimləməyə ehtiyac yoxdur. Çünki bu, azad iqtisadiyyatdır. Sadəcə istehlakçılara tövsiyəmiz o olar ki, bunu mütləq sənədləşdirsinlər, gələcəkdə hər hansısa mübahisəli məqam yaranmasın. Həmin proses sahibkarlar üçün də müəyyən mənada risk daşıyır. Çünki zərgərlik məmulatı qiymətli metallardan və daşlardan ibarətdir. İstehlakçı zinət əşyasının üzərindəki daşı, metalı dəyişə bilər. Nəzəri olsa da, bu ehtimal var. Burada sahibkar üçün risk mövcuddur. Həmçinin risklə bağlı məsuliyyət kirayə götürən şəxsin üzərində olur. Ona görə də proses müqavilə ilə tənzimlənməli, xırdalıqlarına qədər hər bir məqam qeyd olunmalıdır”.

T.Abbasquliyev qeyd edib ki, kirayə verilən zərgərlik məmulatı satışa çıxarıldıqda alıcıya onun icarə verildiyi haqda məlumat verilməlidir:

“Kirayə verilən qızıl məmulatı işlənmiş sayılır və onu satışa çıxarırlarsa, bu barədə alıcıya məlumat verilməlidir. Mütləq formada alıcı bilməlidir ki, o keçmişdə kirayə verilən məmulatı alır. İstənilən halda kirayə verilən qızıl zinət əşyası özünü bildirir. Üzərində müəyyən cızıq izləri olur. Belə halda əgər sahibkar onun rodium örtüyünü dəyişdirib cilalayırsa və yenidən satışa təqdim edirsə, həmin qızıl artıq yeni sayılır. Bu tamamilə istehlakçıya bağlı bir məsələdir. Ancaq satıcı da məsuliyyətli yanaşmalı və müştəriyə həmin mal haqda ətraflı məlumat təqdim etməlidir. Onu da qeyd edim ki, qızıl məmulatlarının satışı, kirayəsi ilə bağlı məsələlər heç bir qurumla tənzimlənmir. Digər əşyalar kimi, bu məmulatlar da rahat bir formada kirayə verilə bilər. Xüsusi tənzimləməyə ehtiyac yoxdur. Bazar iqtisadiyyatına əsasən tələb və təklif var. Əgər kimsə 1 manatlıq bir şeyi 5 manata təklif edirsə, təbii ki, onun alıcısı da az olacaq”.

Müsahibimiz vurğulayıb ki, brend markalarda belə bir xidmət mövcud deyil:

“Qızıl, brilyant, gümüş və s. zinət əşyalarının kirayə verilməsi bazarda brend olmayan məhsullara aiddir. Biz əgər brend mağazalardan danışsaq, orada belə hallar ümumiyyətlə yoxdur. Həmin markaların satışa çıxardığı malların hamısı yenidir. Tanınmış qızıl mağazalarında belə bir xidmət mövcud deyil. Yox əgər müştəri bazardan qızıl alırsa, burada müəyyən risklər ola bilər. Diqqətli olmaq lazımdır”.

 

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər