Rəqqasə Rəna Ağamuradova (Renka) votsapda adından istifadə edilərək dələduzluq edildiyini bildirib.
Bakuplus.az xəbər verir ki, rəqqasə bu barədə şəxsi sosial şəbəkə hesabında yazıb.
Renka bildirib ki, naməlum şəxs onun adından və şəklindən istifadə edərək yaxınlarından pul göndərməsini istəyib.
"Dostlar, mənim adımdan pul istəyirlər. Artıq üçüncü şəxsdir ki, mənə zəng edir. Fırıldaqçıdır", - deyə rəqqasə qeyd edib.

