Model və bloger Razi Əliyevanın şikayətinə görə həbs olunmuş Ziya Hüseynzadə barəsində yeni ittiham əsasında daha bir cinayət işi açılıb. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Bir müddət əvvəl Ziya Hüseynzadənin rəhbərlik etdiyi “PKF Audit Azerbaijan” MMC-nin Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinə saxta sənədlər təqdim edərək külli miqdarda kredit götürdüyü iddia olunur.
Daha öncə ona qarşı əzabvermə, xuliqanlıq, oğurluq, əmlakı məhv etmə və başqa maddələrlə cinayət işi başlanılıb.
Hüseynzadə həbs qətimkan tədbiri ilə bağlı apellyasiya şikayəti verib. Onun sözlərinə görə, bütün ittihamlar qarayaxma kampaniyasıdır və həqiqəti əks etdirmir. Şikayətə sabah Bakı Apellyasiya Məhkəməsində baxılacaq.