top
Respublika birincisi: “Yüksək nəticə üçün gecə-gündüz oxumaq şərt deyil”
18 iyun 2025, 23:47
- ↺ +

Respublika birincisi: “Yüksək nəticə üçün gecə-gündüz oxumaq şərt deyil”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları (eləcə də III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 1 iyun 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticələri elan olunub.

IV ixtisas qrupu üzrə ən yüksək nəticə göstərənlərdən biri Aylin Xəlilova olub. O, maksimum nəticə olan 400 bal toplayaraq birinci mərhələdə fərqlənib.

Aylin Xəlilova Bakı şəhəri 220 saylı məktəb-liseyin məzunudur.

O, hər iki imtahan mərhələsinin nəticələrinə əsasən 697.5 bal toplayaraq IV ixtisas qrupu üzrə respublika birincisi olub. Onun birinci mərhələdə topladığı bal 297.5 təşkil edib.

Azedu.az təəssüratlarını öyrənmək üçün həmin abituriyent ilə əlaqə saxlayıb.

- Aylin, respublika birincisi olmaq necə bir duyğudur?

- Respublika birincisi olmaq möhtəşəm bir duyğudur. Valideynlərimin sevinci ilə yanaşı, müəllimlərimin də sevincini görmək məni daha da fərəhləndirdi. Mənim üçün ən önəmli olan onların etimadını doğrultmaq idi. Bu, həqiqətən də unudulmaz bir hissdir. Allah hər kəsə belə bir sevinc nəsib etsin.

- İmtahan balını gördüyün an nə hiss etdin?

- İmtahan kodumu unutmuşdum və dəfələrlə yazmağa çalışsam da, daxil ola bilmirdim. Sonra xəbərlərdə gördüm ki, Aylin Xəlilova 697 bal toplayıb.

O anda sinif yoldaşlarımla “Son zəng” mərasimindən sonra axşam yeməyində idik. Öz balımı görən kimi sevincimdən qışqırdım, ağladım. O hissləri yenidən yaşamaq istərdim...

- Bu xəbəri ailəndən ilk kimlə bölüşdün?

-Sevincimi bölüşmək üçün ilk olaraq atama zəng etdim. Çünki bilirdim ki, anam sevinəcək, amma mənim üçün ən önəmlisi atamın etimadını doğrultmaq idi. Ona görə əvvəlcə atama, sonra isə anama bu xoş xəbəri verdim.

- Yüksək nəticə toplayacağını gözləyirdinmi?

- İlin əvvəlində mənə desəydilər ki, 697 bal toplayacaqsan, mən bunu yuxumda belə görsəm, qətiyyən inanmazdım. Amma imtahan verdikdən sonra nəticəmin 400 bal olacağını bilirdim.

- Gələcəkdə hansı ali məktəbdə təhsil almaq istəyirsən?

- Azərbaycan Tibb Universitetində “Müalicə işi” fakültəsində təhsil almaq istəyirəm.

- Gələcəkdə xaricdə təhsilinə davam etməyi planlayırsan?

- 6 illik bakalavr təhsilimi Azərbaycanda almağı düşünürəm. ATU-nu bitirdikdən sonra uzmanlıq üçün isə hələlik Almaniyanı nəzərdə tutmuşam, amma bunu da gələcək göstərəcək. Ancaq mütləq ki, xaricdə təhsil alıb, ölkəmə qayıtmaq istəyirəm.

- Son olaraq abituriyentlərə tövsiyələrin nə olardı?

- Mən bu sözləri həmişə demək istəmişəm. Abituriyentlərin belə bir fikri olur ki, yüksək bal toplamaq üçün gecə-gündüz oxumalı, istirahət etməməliyəm. Bunları mən də düşünürdüm. Ancaq bu, qətiyyən yanlış fikirdir.

Mənim 8-10 saat yatdığım günlər də olub. İstirahətimi də etmişəm, telefonuma da baxmışam. Ancaq vaxtı-vaxtında dərslərimi də oxumuşam.

10-11-ci siniflər abituriyent üçün ən gözəl vaxtlardır. Sırf imtahanlara görə əyləncədən geri qalmaq düzgün deyil. Bunun üçün də həm dərslərini oxuyub, həm də istirahət etmələrini tövsiyə edirəm.

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər