Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Vətən müharibəsi şəhidi Fərid Əliyevin ailə üzvlərini ziyarət edib. Bu haqda 4 oktyabr tarixində BakuPlus.az Səbail Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, RİHBA-nın məsul əməkdaşları, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva M.Maqomayev küçəsi, 93 ünvanında şəhid Əliyev Fərid Pirəli oğlunun ailə üzvlərini ziyarət ediblər.
Görüşdən öncə şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında xatirə lövhəsinin önünə gül dəstələri qoyulub, onun xatirəsi ehtiramla anılıb.
Fərid Əliyev noyabrın 5-i Şuşa istiqamətində dörd nəfər: polkovnik, zabit, rabitəçi və əsgərlə birlikdə döyüşdə olan silahdaşlarına sursat aparmağa yola düşən zaman maşın ermənilər tərəfindən vurulub. O, ölümündən sonra “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
[caption id="attachment_73126" align="alignnone" width="640"]
Foto Səbail Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]