top
Söküntülərin ortasında sökülməyən evlər: sakinlər kompensasiyanın məbləği ilə razılaşmayıblar
05 oktyabr 2022, 04:20
- ↺ +

Söküntülərin ortasında sökülməyən evlər: sakinlər kompensasiyanın məbləği ilə razılaşmayıblar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nəsimi rayonunun Bakı küçəsi, 2 ünvanında evlərin bəziləri bir neçə il öncə sökülüb. Amma sökülməsi nəzərdə tutulan evlərin hamısının sakinləri köçürülməyib. Bu qəzalı binalarda indi də insanlar yaşayırlar. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.

Sakinlərin sözlərinə görə, həmin küçədə olan ikimərtəbəli bina ilə yanaşı, bir neçə mənzil də qəzalı vəziyyətdədir. İndi sökülən evlərin yeri narkotik istifadəçilərinin və tüfeyli həyat sürənlərin sevimli məkanına çevrilib.

Bir neçə il öncə küçədə istismar müddəti bitmiş evlərin bəziləri sökülüb. Söküntü zamanı bir neçə mənzilin sakinləri kompensasiyanın məbləği ilə razılaşmayıblar. Onlar deyirlər ki, söküntü işləri aparılan zaman digər evlər qəzalı vəziyyətə düşüb. İkimərtəbəli yaşayış binasının mənzillərində də çatlar əmələ gəlib.

Nəsimi Rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi Ələsgər Rüstəmov deyir ki, 2018-ci ildə paytaxtın nəqliyyat sistemini təkmilləşdirmək məqsədilə Bakı, 2 ünvanında yola yaxın olan evlərin bəziləri sökülüb. Həmin evlər “Dəmir Yolları” QSC-nin balansında olub. Hazırda qəzalı vəziyyətdə olan evlərlə bağlı məsələnin həlli istiqamətində işlər görülür.

“Həmin evlər şəhərimizin mərkəzində primitiv, özbaşına tikilən evlər olduğuna görə hal-hazırda şəhərsalma və aidiyyəti qurumlar qarşısında müəyyən sahibkarlarla onların sökülməsi barədə söhbətlər aparılır. Qısa müddətdə nəticəsi olacaq”, - deyə Rüstəmov vurğulayıb.

Söküntü işləri gedən ərazinin səfil həyat sürənlərin və narkotik istifadəçilərinin məskəninə çevrilməsi məsələsinə gəlincə isə DİN-in mətbuat xidmətinin nümayəndəsi Nurlan Əliyev bildirdi ki, polis əməkdaşları həmin ərazini nəzarətdə saxlayırlar.

[caption id="attachment_73290" align="alignnone" width="640"]Bakı küçəsi, 2 Foto ATV-nin rəsmi Youtube kanalı[/caption]

 

Son xəbərlər

Xəbər
Bu gün, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Bu gün, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Bu gün, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Bu gün, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Oxşar xəbərlər