Bakının Nəsimi rayonunda yerləşən Səməd Vurğun adına parkda 15 gündən artıqdır ki, su yoxdur. Bu haqda bu gün, 19 may tarixində Oxu.az məlumat verib.
Düzgün suvarma olmadığından parkda bitkilər məhv olma təhlükəsi ilə üzləşib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib ki, həmin ərazidə su borusunda problemlər müşahidə olunur. Bu səbəbdən parkda suvarılmada fasilələr yaranıb.
“Birliyin səyyar avtomobilləri ilə artıq parkda suvarılma təyin edilib, yaşıllıqlara qulluq edilib. Bu gün axşam saatlarına kimi ərazidə boru ilə suyun verilməsi bərpa olunacaq,” - deyə qurumdan bildirilib.