İyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Bakuplus.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26, gündüz 34-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75 %, gündüz 40-45 % təşkil edəcək.