Sabah, dekabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bakuplus.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-85 % olacaq.