top
Sabahdan qrafik dəyişir - Qatarla gedənlərin NƏZƏRİNƏ
31 mart 2025, 02:02
- ↺ +

Sabahdan qrafik dəyişir - Qatarla gedənlərin NƏZƏRİNƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabahdan "Azərbaycan Dəmir Yolları" (ADY) QSC sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarlar yeni qrafiklə hərəkət edəcəklər.

Bakuplus.az ADY-nin yaydığı məlumata istinadən xəbər verir ki, yeni hərəkət cədvəlinə əsasən, Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılıb və xüsusən günorta saatlarında qatarlararası interval azaldılıb. Həmçinin sürət qatarlarının iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib. Abşeron dairəvi dəmiryol marşrutu üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunub.

İş günlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə 42-dən 56-ya çatdırılıb. O cümlədən sərnişinlərin çox sayda müraciəti nəzərə alınaraq Bakı-Xırdalan-Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunub (əvvəlki qrafiklə sonuncu qatar 19:35-də idi). Bu isə işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır, sərnişin sıxlığının azaldılması, səyahət müddətinin qısaldılması və hərəkət intensivliyinin tənzimlənməsini mümkün edir.

Eyni zamanda, Bakı-Xırdalan-Sumqayıt istiqamətində səhər reysləri də optimallaşdırılıb. Belə ki, bu vaxtadək saat 7:20-dan Sumqayıtdan çıxan qatar Bakıya 8:01-də çatırdı. Yeni qrafiklə saat 6:15-də çıxan qatar Bakıya 6:56-da çatacaq. Bundan başqa, Xırdalandan Bakıya birbaşa hərəkət edəcək yeni FLİRT qatarı Bakıya 07:15-də çatacaq. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaratmış olacaq. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək.

Şənbə günlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 16-ya, Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 36-ya çatdırılıb.

Optimallaşdırma çərçivəsində həftənin bazar günləri üçün də xüsusi qrafik tərtib olunub. Belə ki, yeni cədvələ əsasən, bazar günləri Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 28-ə çatdırılıb.

Bu dəyişikliklər Abşeron dairəvi dəmiryol marşrutunda günlük sərnişindaşıma sayını hazırkı 37-38 min nəfərdən 48-50 min nəfərə qədər artırmağa imkan verəcək.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Bu gün, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Bu gün, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Bu gün, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər