Sabiq deputat Gülər Əhmədova 217 nömrəli marşrut xətti ilə hərəkət edən avtobuslar arasındakı intervaldan şikayətlənib.
Bakuplus.az xəbər verir ki, o, bu barədə şəxsi sosial şəbəkə hesabında məlumat yayıb.
G.Əhmədovanın sözlərinə görə, hətta gecikmələrə görə sözügedən avtobusun sürücüsü döyülüb.
“Məhəmmədi kəndinə gedən 217 nömrəli marşrut niyə 40-50 dəqiqədən bir gəlir? Camaat hətta bir dəfə sürücünü də döyüb”, - deyə sabiq deputat bildirib.
