Paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bəxtiyar Vahabzadə döngə 2 ünvanında abadlıq işləri aparılır. Bu haqda bu gün, 5 yanvar tarixində Sabunçu rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Eni 4 metr, uzunluğu isə 200 metr olan küçədə asfalt örtüyü salınıb. Həmçinin, kanalizasiya xətlərinin çəkilişi, küçələrin işıqlandırılması, piyada səkilərinin salınması, məişət tullantılarının toplanması, dekorativ kol və güllərin əkilməsi nəzərdə tutulub.
Bundan əlavə, tarixi abidələrin bərpası, evlərin fasadlarının təmiri də planlaşdırılır.
Rayonun bütün qəsəbələrində təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda yenidənqurma işləri davam etdirilir.