Paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20 yanvar küçəsinin 2-ci döngəsində yenidənqurma işləri aparılır. Bu haqda bu gün, 15 dekabr tarixində Sabunçu rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Uzunluğu 400 m və eni 6 m olan yolda yeni asfalt örtüyü vurulur. Məhəllədaxili yenidənqurma işləri “Bakı Abadlıq” tərəfindən aparılır.
Abadlıq işləri çərçivəsində tarixi abidələrin bərpası, evlərin fasadlarının təmiri, kanalizasiya xətlərinin çəkilişi, küçələrin işıqlandırılması, piyada səkilərinin salınması və digər tədbirlər nəzərdə tutulub.
[caption id="attachment_20365" align="alignnone" width="800"]
Foto Sabunçu rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi[/caption]