top
Səhərimizi açan səs və ya bizim təmir ehtirasımız
27 yanvar 2025, 23:43
- ↺ +

Səhərimizi açan səs və ya bizim təmir ehtirasımız

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının istənilən rayonunda, istənilən məhəlləsində, istənilən binasında yaşayan sakin səhərini ya drel, ya da laqonda səsi ilə açır. İllərdir bu şəhərin sakinlərinin səhərini açan həzin “xlor var, xlor, mebel yağı” avazını texniki səs əvəzləyib. Qulağımızın alışdığı bu səs səhərdən başlayır, düz axşama qədər davam edir. Hətta bir gün drel və laqonda səsi eşitməyəndə qəribsəyən, YouTube platformasında axtarışa bu açar sözləri yazıb səsini dinləyənlərə də rast gəlinir. Hay-küylü, siqnallı səhərimizə bir də drel və laqunda səsi əlavə edilib. Yuxudan durursan, divarın o tayında “dırrr, zırrrrr”, işə gedirsən, küçədə bu səs, ofisdə oturursan, hansısa mərtəbəni bürüyən drel səsi fikir cəmləməyə imkan vermir. Balkona çıxırsan, yaxınlıqdakı binadan yenə laqunda səsi gəlir. Bu nə sirri-xudadır? Niyə biz təmirə, divar söküb-dağıtmağa, layihəsini bəyənib aldığımız evi yenidən layihələndirməyə bu qədər meylliyik? Nədir bunun kökü, səbəbi? Məncə, İsveç alimləri yığışıb bunu araşdırmalı, nəticələrini elan etməlidirlər.

Bakının istənilən rayonunun, istənilən məhəlləsinin, istənilən binasının qarşısında qum qalağı, kərpic dağı görmək adi məsələyə çevrilib. İstənilən binanın lifti ilə gün ərzində müxtəlif mərtəbələrə tikinti materialları daşınır. Elə mənzil var ki, iki-üç ildən bir təmir olunur. Mənzilin qapısından qonaqdan, qohumdan çox usta keçib. Həqiqətən belə evlər var. Adam var ki, bir ustaya o qədər müraciət edib, evini təmir etdirib ki, telefonunda onun nömrəsini “brat” deyə qeyd edib. Bu, bizim təmirə olan sevgimiz, təmir ehtirası ilə alışıb-yanan gündəlik həyat normamızdır. Adam var ki, 10 ildir aldığı evin təmirini tamamlamayıb. Tamamlaya bilmir, qərara gələ bilmir. Vurur, çıxır, bölür, düşünür, yenə də qətiləşdirə bilmir. Mətbəxi gah balkona keçirir, gah yataq otağını uşaq otağı ilə əvəzləyir, gah da hamamla tualeti birləşdirib, mətbəxi hamam otağına köçürür. Gedir yatır, yuxuda nə görürsə, təzədən başlayır yerdəyişməyə. Adamlar tanıyıram ki, telefonunda atasının, qardaşının nömrəsi olmasa da, santexnika ustasından tutmuş, yaxşı kubik (mişar daşı) gətirən sürücünün nömrəsinə qədər var. İnsan var ki, yanında kriptovalyuta de, sənə elə baxacaq ki, elə bil söyüş söymüsən. Amma bu adam sənə hansı divar kağızı daha yaxşıdı, hansı istehsalçı nəydən istifadə edir, qumu sementlə necə qarışdırmaq lazımdır, suyun temperaturunu neçə dərəcə edəndə hansı kimyəvi reaksiyalar gedir, hamam-tualet kafelini, metlaxını hansı yapışqanla hansı saatda vurmaq olar tipli mühazirələr oxuyar.

Mikrorayonları, xüsusən də el arasında “Xruşovka” deyilən beşmərtəbəli binalara baxanda adam düşünür ki, Avropada qəsrlər ucaldan, İstanbulda əsrarəngiz minarələr ucaldan, Tac-Mahal kimi incini yaradan memarlar müasir azərbaycanlıya paxıllıq edər. Bu memarların heç biri 2 otaqlı evi bir gecənin içində 8 otaqlı mülkə çevirə bilməz. Heç açığı, bu, ağlına da gəlməz. Yaşadığı binanın həyətinə min bir yolla, rüşvət verməklə birinci mərtəbədən sütun basdırıb, beton tökdürüb 5-ci mərtəbədəki 1 otaqlı evini 4 otağa çevirmək ancaq bizim zəkamızın məhsulu ola bilər.

Orta statistik azərbaycanlı heç bir halda od qiymətinə aldığı mənzili bəyənməyib, hər zaman narazı qalıb.  Orta statistik azərbaycanlının ömrünün yarısı təmir işinə həsr edilib. Adam tanıyıram ki, Premium binada kvadrat metri 3000 AZN-ə aldığı mənzili söküb yenidən yığır. Orta statistik azərbaycanlı üçün mənzili yenidən söküb-yığmaq “kubik-rubik” yığmağa bənzəyir.

Yaşadığım binada dörd otaqlı bir mənzil var, 10 il ərzində 4 dəfə əl dəyişdirib. Hər gələn də bir il təmir edib, gecəmizi-gündüzümüzü laqonda və drel səsinə tabe edib. Elə təmir bitib, qonşular rahat nəfəs almağa macal tapmamış, ev satılıb. Təzə mülk sahibi də dövrəni tamamlamaq üçün yenidən təmir, oranı söküb bura calamaq, buranı söküb ora calamaqla məşğuldur. Əlqərəz, 10 ildir bu qarabəxt 4 otaqlı mənzil bir nəfərə tam qismət olmur ki, həm insan nəfəsi ilə isinsin, həm də digər 17 qonşu direl və laqunda səsindən qurtulsun. Mümkünsüz görünür. Bilirəm, əminəm, eşidirəm ki, az qala hər binada ən azı bir ədəd belə mənzil var.

Bir qohumum var, 35 yaşı olanda bağ evi aldı. Aradan 20 il ötüb, hələ də təmiri bitirməyib. 55 yaşlı adam, hər il bağda nəsə dəyişiklik edir, düşünür. 20 il əvvəl 5-6 yaşında olan uşaqları nişanlanıb, qızını gəlin də köçürüb. Amma o uşaqların hər yay bağ həyatı toz-torpaq, qum, sement, kərpiclə keçib. Amma di gəl ki, adam hələ də tam qərara gələ bilmir. Gah oranı sökür, gah balkonu şüşəbənd edir, növbəti il şüşəbəndi sökür, külafirəngi tikdirir. 2 il sonra onu da söküb hamam otağı yaradır, sauna barədə düşünür. Ümid edirəm ki, növbəti 10 ildə bu təmir bitər, heç olmasa, nəvələri bağda rahat dincələr.

Mən başa düşürəm, insan həyata bir dəfə gəlir, istəyir ki, yaşadığı, nəfəs aldığı, ömür-gün sürdüyü ev komfortlu, rahat, işıqlı geniş olsun. Amma bunun üçün ömrünün 5-10 ilini hədər etmək, illərlə qazandığını bir ayda xərcləmək nəyə lazım? Axı, qeyd etdim, həyata bir dəfə gəlirik və bu həyatı təmir toz-torpağı içində keçirməkdənsə, bir dəfə qərar verib, təmir edib 15-20 il rahat yaşamaq olar axı? Bəlkə düşünək, daşa, quma, çınqıla, divar kağızına verdiyimiz ətək-ətək pulları səyahətə, təhsilə xərcləyək? Düşünək məncə, nə qədər ki, direl və laqonda səsi, təmir manyakı olmamışıq, düşünək.

Sonda, deyilənə görə, 15-20 il əvvəl Nyu-Yorkda yaşayan bir azərbaycanlı hündürmərtəbəli binanın 38-ci mərtəbəsində mənzil alır. Mənzili alanın ilk arzusu balkonu şüşəbənd edib, qarşısında yeni balkon artırmaq olub. Amma təbii ki, arzusu qursağında qalıb. Nə Nyu-York icra hakimiyyətində “al bu şirinliyi” göz yum deyə biləcəyi bir məmur tapa bilib, nə də onu başa düşə biləcək, dəstəkləyəcək bir qonşu. Bu da belə.

Əsmər Sənani

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
03 noyabr 2026, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
03 noyabr 2026, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Oxşar xəbərlər